İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib


Siyasət 17 İyl 2018 22:09:38 233 0

İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib

Sercio Matarella prezident İlham Əliyevlə görüşəcək

İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib.

"Report"un məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəxri qonağı Azərbaycanın yüksək vəzifəli şəxslər, İtaliyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları qarşılayıb.

İkigünlük səfəri zamanı S. Matarella Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycan - İtaliya biznes forumunda iştirak edəcək. Bundan başqa S. Matarella ADA Universitetində də tələbələr qarşısında çıxış edəcək.