Yerin dərin qatlarında kvadrilyon tondan çox almaz tapıldı


Digərləri 17 İyl 2018 22:04:00 303 0

Yerin dərin qatlarında kvadrilyon tondan çox almaz tapıldı

Seysmik silkələnmələr nəticəsində alimlər yerin dərin qatlarında kvadrilyon tondan çox almaz ehtiyatı aşkar ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, "Geochemistry, Geophysics, Geosystems" jurnalında dərc olunmuş məqalədə bu almaz ehtiyatlarının yerin 144-240 kilometr dərinliyində olduğu bildirilir.

Massaçusets Texnoloji Universitetinin mütəxəssislərinin fikrincə, mövcud texniki imkanlar bu dərinlikdəki sərvəti çıxarmağa imkan vermir.

Ən qədim almazlardan ibarət dağ tektonik süxurların altında yerləşir və onların dayağı funksiyasını yerinə yetirir. Onlar yer qabığının dərinlikləri və mantiyası boyu 320 kilometrədək yayıla bilər.