Ailədə məhəbbətin gətirdiyi nəticələr


Digərləri 17 İyl 2018 21:40:00 274 0

Ailədə məhəbbətin gətirdiyi nəticələr

Allah Təala bütün məxluqları və bəşəri məhəbbət və sevgi ilə xəlq etmişdir. Əgər dünyada sevgi olmazsa, günəşi olmayan bir dünyaya bənzəyər ki, orada daima zülmət hökm sürməkdədir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ailə dinimizin nəzərinə görə kiçik və müqəddəs bir cəmiyyətdir. Ona görə də bu kiçik cəmiyyətdə eşq və məhəbbət mühüm yerdə durur.

Məhəbbət ailədə səmimiyyətə və mehribanlığa səbəb olar.

Dünyada heç bir şey ailədə olan sevgi qədər mühüm deyildir. Bəs bu sevginin hansı bərəkətləri vardır?

1. Qadın, kişi və övladları arasında yaxşı rəftara səbəb olar.

2. Valideyn və övlad münasibətlərinə müsbət təsir qoyar.

3. Həm övladlar və həm də ata və ana bir-birinə ehtiram göstərər və hörmət edərlər.