Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər VİDEO


Digərləri 17 İyl 2018 21:29:00 277 0

Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər  VİDEO

Vətəndaş parklanma yerinin yaxınlığında yaşayırsa, müraciəti əsasında duracaq yeri ona pulsuz parketmə talonu verməlidir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu, "Yol hərəkəti haqqında" qanunda öz əksini tapıb. Ancaq təcrübədə qanunun bu tələbi demək olar ki, icra olunmur.

"Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsinə əsasən, parklanma yerlərinin yerləşdiyi küçədə yaşayan sakinlər öz avtomobillərini müraciət etməklə duracaq yerlərində pulsuz olaraq saxlamaq hüququna malikdirlər.

Bununla bağlı paytaxtda yerləşən bir sıra duracağa baş çəkdik. Ancaq duracaq sahibləri belə bir qaydanın tətbiq edilmədiyini bildirdilər. Qış parkındakı duracağın səlahiyyətli şəxslərindən birinin dediyinə görə, duracaq yeni yaradılanda yaxınlıqda yaşayanlara icra hakimiyyəti tərəfindən "qonşuluq paketi" adı altında aylıq 15, 20, 25 manatlıq endirimlər təqdim olunub. Ancaq 2 ildən sonra bu endirim də ləğv olunub. Yəni hazırda duracaqdan pulsuz olaraq istifadə edən yoxdur.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, duracaqlara qoyulan bu tələbin icrası məcburidir və bundan imtina qanunun açıq şəkildə pozulması deməkdir.