İsti havada ürək tutmasının və infarktın qarşısını almaq üçün


Digərləri 17 İyl 2018 21:35:00 333 0

İsti havada ürək tutmasının və infarktın qarşısını almaq üçün

İsti hava ürək-damar sistemi üçün ciddi sınaqdır. Xüsusilə bu ürək və damar xəstəlikləri olan insanlara aiddir.

İsti havada ürək tutması, insult və infarktın riski artır. Bunu nəzərə almaq və istidə ürəyi qorumaq üçün həkimlərin sadə tövsiyələrinə riayət etmək lazımdır.

Son.az saglamolun.az-a istinadən kardioloqların isti havada əsas tövsiyələrini təqdim edir:

1. Fiziki gərginliyi azaldın.  

2. Daha çox su için (buna əks-göstərişlər yoxdursa).

3. Dənizə gedəndə suya birdən girməyin. Hava və suyun arasında olan temperatur fərqi çoxdur. İsti bədən birdən-birə nisbətən soyuq su ilə təmasa girəndə bu damarların anı sıxılmasına və ürək tutmasına səbəb ola bilər. Bu həmçinin soyuq duşa da aiddir.

Bədəni suya öyrəşdirmək lazımdır. Əvvəl topuqlarınıza qədər suya girin və bir qədər dayanın ki, orqanizm öyrəşsin, sonra dizlərinizə qədər və s.