Məşhur aktrisa həbs oluna bilər


Digərləri 17 İyl 2018 21:37:00 255 0

Məşhur aktrisa həbs oluna bilər

Türkiyəli model-aktrisa Ceren Hindistanı keçmiş həyat yoldaşı Ümit Aslan məhkəməyə verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Cerenin verilişlərdən birində Ümit haqqında fikirlər səsləndirməsi olub. "Duymayan kalmasın" adlı verilişə qonaq olan aktrisa efirdə bu sözləri səsləndirib:

"Ümit Aslan övladına təzminat ödəmir . Amma hər yerdə ödədiyini deyir. Mənə göndərdiyi 70 min lirənin təzminatla heç bir əlaqəsi yoxdur. Həm də mənə qarşı zor tətbiq edirdi. Sonra da üzr istəyirdi, yalvarırdı. Problemi uşağını görmək deyil. Əgər elədirsə, bundan əvvəlki övladını da görsün".