Zərdabda pambıq sahələri susuzluqdan məhv olur VİDEO


Digərləri 17 İyl 2018 21:19:00 344 0

Zərdabda pambıq sahələri susuzluqdan məhv olur  VİDEO

Zərdabın Bəyəmli qəsəbəsində pambıq sahələri susuzluq səbəbindən məhv olur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, fermerlər bildirirlər ki, əgər qısa zamanda su olmasa heç bir məhsul əldə edə bilməyəcəklər. Zərdab rayonunun Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev bildirir ki, adıçəkilən qəsəbə Kür çayından 25 km kənarda yerləşir. Buna görə əraziyə su yalnız xüsusi nasoslar vasitəsilə verilir. Bütün ərazilərdə pambığın fasiləsiz olaraq sulanması həyata keçirildiyindən həmin qəsəbəyə də növbəlilik əsasında su veriləcək. İdarə rəisi bildirir ki, qısa zamanda qəsəbəyə nasoslar vasitəsilə suyun verilməsi təmin ediləcək.

Fermerlər problemin qısa zamanda həll edilməsini gözləyirlər.


Xəbərə aid video