Sərkisyanın qardaşı oğlundan dəhşətli cinayət –


Dünya 17 İyl 2018 21:02:00 220 0

Sərkisyanın qardaşı oğlundan dəhşətli cinayət –

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı və sabiq müavini Aleksandr Sərkisyanın oğluna cinayət işi açılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, 31 yaşlı Narek Sərkisyan 49 yaşlı kişiyə işgəncə vermək və onu döyməkdə ittiham edilib.

Hadisə 2017-ci ildə baş verib. O, bu əməli mühafizəçisi Artyom Poqosyanla birgə həyata keçirib. Mübahisə gecə klublarından birində başlayıb. Bundan sonra 49 yaşlı kişini gecə klubundan çıxararaq, Narek Sərkisyanın evinə gətiriblər. Burada onu döyüblər. Sərkisyanın qardaşı oğlu isə yanmış siqaretləri bədənində söndürərək ona işgəncə verib.