Strateji yol xəritəsindəki tədbirlərin icra vəziyyəti açıqlanıb VİDEO


Digərləri 17 İyl 2018 21:07:00 268 0

Strateji yol xəritəsindəki tədbirlərin icra vəziyyəti açıqlanıb  VİDEO

"Ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də strateji yol xəritələrinin icrası artıq ilkin müsbət nəticələrini verməyə başlayıb. 2018-ci ilin ilk yarısının göstəriciləri belə deməyə əsas verir".

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Vüsal Qasımlı strateji yol xəritələrinin icra vəziyyəti haqqında da məlumat verib. İlk olaraq milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin icra vəziytyətinin monitorinqi aparılıb. Nəticələr yol xəritəsindəki vəzifələrin yüksək səviyyədə icra olunduğunu göstərir.

Strateji yol xəritəsində dövlət qurumları qarşısında müxtəlif hədəflər qoyulub. Aparılan monitorinqlər onu göstərir ki, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisəsələrlə bağlı tapşırıq 71 faiz, biznes mühitinin inkişaf etdirilməsi üzrə hədəflər 94 faiz tam icra edilib. Yerdə qalan hissələr isə qismən həll edilib. İnsan kapitalının inkişaf etdirilməsi məsələlərinin icrası ən yüksək səviyyədə olub.


Xəbərə aid video