Bu il Azərbaycanda 6 min yeni ev tikilib


Digərləri 17 İyl 2018 20:52:00 200 0

Bu il Azərbaycanda 6 min yeni ev tikilib

2018-ci ilin birinci yarısında Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Son.az Trend-ə istinadən bildirir ki, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 milyon manat olub, onun 89,3 milyon manatı dövlət, 374,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.