"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilər (ÖZƏL)


Digərləri 17 İyl 2018 21:00:00 250 0

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilər (ÖZƏL)

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırda İranda yerləşən mənzil-qərargahı Azərbaycana köçürülə bilər.

Bakı. Əli Mustafayev - "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırda İranda yerləşən mənzil-qərargahı Azərbaycana köçürülə bilər. Bu barədə Trend-ə açıqlamasında TRACECA nəqliyyat sahəsi üzrə əməkdaşlıq proqramının milli katibi Akif Mustafayev deyib. A.Mustafayev qeyd edib ki, ABŞ sanksiyaları İranın dəmir yolu infrastrukturunun inkişafı üçün böyük maneə törədir: "İran dəmir yolu şəbəkəsinin tikintisi üzrə dəyəri milyardlarla ölçülən sazişlər imzalayan bir çox şirkətlər İslam Respublikasını tərk edir. İran, öz növbəsində, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin mühüm iştirakçısıdır və böyük mənada, dəhlizin gələcək inkişafı ölkənin dəmir yolu infrastrukturundan asılıdır". Milli katib xatırladıb ki, Azərbaycan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün İrana 500 milyon dollar məbləğində kredit verib: "Bu istiqamətdə növbəti addım İran ərazisində Rəştdən Bəndər Abbas limanına qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsidir ki, bu da yeni sanksiya dalğasından sonra çətinləşib".