Şok kadrlar: qarnındakı narkotikdən öldü


Digərləri 17 İyl 2018 20:20:00 232 0

Şok kadrlar: qarnındakı narkotikdən öldü

28 yaşlı braziliyalı Deyz Rikarte Portuqaliyanın paytaxtı Lissabondakı "Sao Pedro" otelində keçinib. Polisdən verilən məlumata görə, onun ölümünün səbəbi mədəsində içində kokain olan sellofan bükülülərin dağılmasıdır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 11 yaşlı oğlu olan Deyz Rikarte ölümündən az öncə mobil telefonla özünü çəkərək videosunu ailəsinə yollayıb.

"Ölürəm! Tanrım, mənə yardım et!", - Braziliyadakı Belu-Orizonti əyalətinin sakini Deyz ağlayaraq deyib.

Polis bildirib ki, D.Rikarte 3 min dolların müqabilində içində 71 qram kokain olan onlarla sellofan bükülünü udub və narkotik maddəni mədəsində Portuqaliyaya aparmağa razılıq verib.


Xəbərə aid fotolar