"Min manat maaş alır, 150 minlik maşın sürür"


Şou-biznes 17 İyl 2018 19:36:00 321 0

"Min manat maaş alır, 150 minlik maşın sürür"

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Aytən Səfərovaya sərt cavab verib.

Son.az-ın axşam.az-a istinadən məlumatına görə, Tolik Səfərovanın "Müğənnilər qadınların əlindən kişilərini alırlar" sözlərinə etirazını bildirib. O deyib ki, hazırda ən bahalı maşınları sürən xanımlar aparıcılardır:

"Aytən Səfərova müğənnilərə irad tutur ki, arvadların əlindən kişilərini alırlar. Televiziyada aparıcılar ən bahalı maşını sürür. Min manat maaş alır, hardandı bu 100-150 minlik maşın? Niyə öz aparıcılarınızdan danışmırsız? Kül o kişinin başına ki, evindəki namuslu arvadını atıb, gedib müğənni yanında bambılılıq edir. Özü də müğənninin atası yaşındadır".