Star Kids yay əyləncəsini təqdim edir


Digərləri 17 İyl 2018 19:24:01 281 0

Star Kids yay əyləncəsini təqdim edir

İyulun 28-də Bakının ən dəbdəbəli otellərindən biri olan “Pullman” otelində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə növbəti “Kids Fashion Show” yarışması keçiriləcək.

Bakı. İyulun 28-də Bakının ən dəbdəbəli otellərindən biri olan “Pullman” otelində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə növbəti “Kids Fashion Show” yarışması keçiriləcək. Trend-in məlumatına görə, sayca 16-cı olan şou yay mövsümündə keçirildiyi üçün uşaqlar modelyer-dizaynerlər tərəfindən hazırlanmış yay stilinə uyğun avanqard geyimləri təqdim edəcəklər. “Yay Əyləncəsi“ adlı uşaq moda müsabiqəsində 4-14 yaş arası 46-sı qız 42-si oğlan olmaqla 88 model uşaq və 19 modelyer iştirak edəcək.