Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə pul ayırıb


Siyasət 17 İyl 2018 18:13:00 201 0

Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə pul ayırıb

Prezident İlham Əliyev Qəbələ rayonunun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.