“Yanar dağ” qoruğu yenidən qurulacaq


Siyasət 17 İyl 2018 18:17:00 232 0

“Yanar dağ” qoruğu yenidən qurulacaq

Prezident İlham Əliyev "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama görə, "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.