Manchester City Juventus-dan rədd cavabı alıb


İdman 17 İyl 2018 18:07:00 292 0

Manchester City Juventus-dan rədd cavabı alıb

Manchester City Juventus-un futbolçusunu transfer etmək istəyir. Goal..az xəbər verir ki,ingilislər "qoca senyora"nın şərəfini qoruyan Miralem Pyaniç üçün 50 milyon avro təklif göndərib. Amma Juventus bu təklifi qəbul etməyib. Turin klubu bosniyalı futbolçunu daha yüksək məbləğə satmağa ümid edir.

28 yaşlı yarımmüdafiəçi Juventus-a 2016-cı ildə, 32 milyon avro qarşılığında Roma-dan transfer edilmişdi. Manchester City daha öncə Leicester-dən Riyad Mahrezi 60 milyon funt-sterlinqə transfer edib.