"Biznes RusiyaAzərbaycan ikitərəfli əməkdaşlığının əsasını təşkil edir"


Digərləri 17 İyl 2018 17:54:00 254 0

"Biznes RusiyaAzərbaycan ikitərəfli əməkdaşlığının əsasını təşkil edir"

Biznes Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının əsasını təşkil edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya-Azərbaycan İşgüzar Şurasının iclasında RF-nin iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Nazir bildirib ki, Şuranın fəaliyyəti əhəmiyyətli dərəcədə iki ölkə arasında əmtəə dövriyyəsinin artırılmasına xidmət edir: "2018-ci ilin 5 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 21 faiz artaraq 900 milyon dolları ötüb" .

M.Oreşkin qeyd edib ki, Rusiya tərəfdən Şuranın üzvləri 50 şirkətdir: "Bunlar Azərbaycanda perspektiv layihələrin reallaşdırılmasına maraq göstərən banklar və sənaye şirkətləridir".

O əlavə edib ki, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcmi təqribən 1,5 milyard dollar təşkil edir: "Söhbət neft-qaz sektoru, maşınqayırma, əczaçılıq, kimya sənayesi, bank fəaliyyəti kimi istiqamətlərdən gedir. Azərbaycan tərəfi də investisiyaların artırılmasında maraqlıdır. Hər şeydən əvvəl bu, aqrar-sənaye sektoru və turizm sahəsidir".