"Son olaylar xaricdə yaşayan soydaşlarımızı ciddi narahat edir" FOTO


Digərləri 17 İyl 2018 17:59:00 282 0

"Son olaylar xaricdə yaşayan soydaşlarımızı ciddi narahat edir"  FOTO

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Milli QHT Forumunun təşəbbüsü ilə Gəncə şəhərində baş vermiş məlum hadisələrlə bağlı ictimai müzakirə keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisələr zamanı şəhid olmuş polis zabitlərinin xatirəsi yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli bu günlərdə Gəncədə törədilmiş terror hadisəsinin ölkəmizə qarşı xaricdən hazırlanan plan olduğunu və bunun Azərbaycanda sabitliyin pozulmasına yönəlmiş bir addım olduğunu bildirib.

Tədbirdə BDM sədri İsmayıl Ağayev çıxış edərək bu hadisələrin ictimaiyyətdə ciddi narahatçılıq yaratdığını və heç şübhəsiz ki, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn bir cəhd olduğunu qeyd edib.

Müzakirələrdə çıxış edən Azərbaycan-Çexiya Dostluq Cəmiyyətinin sədri prof. Azər Kərimov son olayların xaricdə yaşayan soydaşlarımızı da ciddi narahat etdiyini və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının müstəqilliyimizi müdafiə etməyə borclu olduğunu bəyan edib.


Xəbərə aid fotolar