Əfqanıstanda törədilən partlayış nəticəsində 15 nəfər ölüb


Dünya 17 İyl 2018 17:37:24 268 0

Əfqanıstanda törədilən partlayış nəticəsində 15 nəfər ölüb

Partlayış "Taliban" hərəkatının liderlərindən birinin dəfn mərasimi zamanı baş verib

Əfqanıstanın şimalındakı Sari-Pul vilayətində İŞİD terror qruplaşmasının terrorçu-kamikadzesinin özünü partlatması nəticəsində 15 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Silahlı Qüvvələrinin ölkənin şimalında yerləşən 209-cu korpusunun nümayəndəsi Məhəmməd Hənif Rezaye məlumat verib.

Hərbçinin sözlərinə görə, partlayış Sayad rayonunda "Taliban" hərəkatının liderlərindən biri Şirməhəmməd Qəzənfərin dəfn mərasimi zamanı baş verib.

Rezaye 15 yaraqlının öldüyünü, 3 nəfərin isə yaralandığını bildirib. Əyalət administrasiyasından isə 15 nəfərin öldüyü və 5 nəfərin yaralandığını qeyd edilib.