Neftçi hazırlıq oyunu keçirəcək


İdman 17 İyl 2018 17:19:00 244 0

Neftçi hazırlıq oyunu keçirəcək

Neftçi-nin əvəzedici komandası yeni mövsümə hazırlığını davam etdirir. Goal.az xəbər verir ki, gündə bir dəfə klubun təlim-məşq bazasında məşq edən komanda sabah yoxlama oyunu keçirəcək. Keşlə-nin əvəzediciləri ilə "İnter Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək. Mahmud Qurbanovun yetirmələri yeni mövsümün hazırlığına bu ayın əvvəlindən başlayıblar.