Beyl Real-la bağlı qəti qərarını verdi


İdman 17 İyl 2018 17:00:00 334 0

Beyl Real-la bağlı qəti qərarını verdi

Real-ın yarımmüdafiəçisi Qaret Beyl gələcək karyerası ilə bağlı qərar verib. Goal.az xəbər verir ki, yeni baş məşqçi Xulen Lopetegi ilə görüşən futbolçu komandada qalacaq.  Lopetegi Ronaldonun Juventus-a keçməsindən sonra Beylin komandanın aparıcı üzvlərindən biri olacağını deyib. Daha öncə uelsli oyunçu oyun praktikası cəhətdən əziyyət çəkdiyi üçün Real-ı tərk etmək niyyətində idi. Lopeteginin fikirləri ilə tanış olduqdan sonra isə Beyl fikrindən daşınıb. Manchester United 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanırdı.