NIKOIL | Bank növbəti bankomatı quraşdırıb


Digərləri 17 İyl 2018 16:53:23 346 0

NIKOIL | Bank növbəti bankomatı quraşdırıb

NIKOIL | Bank öz bankomat və ödəniş terminalı şəbəkəsini uğurla genişləndirməyə davam edir.

Bakı. NIKOIL | Bank öz bankomat və ödəniş terminalı şəbəkəsini uğurla genişləndirməyə davam edir. Bankdan Trend-ə verilən məlumata görə, bu dəfə yeni bankomat Bakı ş.., Yasamal rayonu, Talıblı küç.19 ünvanında “Bizim market” supermarketində quraşdırılıb. Digərləri kimi 7/24 prinsipi ilə işləyən bu bankomatda bank müştəriləri milli və ABŞ dolları valyutasında nağd vəsait çıxarmaq, hesablardan çıxarış almaq, Card to Card xidmətindən istifadə etmək və 3D Secure xidmətini aktivləşdirmək kimi əməliyyatları həyata keçirə bilər.