“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb


Digərləri 17 İyl 2018 16:56:00 254 0

“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb

Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti "Skytrax" Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib.

Bakı. Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti "Skytrax" Azərbaycanın milli aviadaşıyıcısının "4 Ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bu onu göstərir ki, “Azərbaycan Hava Yolları” (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir. Bundan əlavə, AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olub. Azərbaycanın milli aviadaşıyıcısı Skytrax tərəfindən ilk dəfə belə yüksək ada layiq görülüb. Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin 17 iyul tarixində Londonda World Airline Awards rəsmi tədbirində keçirilib.