"Whatsapp"da çoxdan gözlənilən funksiya:


Digərləri 17 İyl 2018 16:44:00 359 0

"Whatsapp"da çoxdan gözlənilən funksiya:

Bir çox məşhur messencerlər öz stikerlərini artıq çoxdandır ki, istifadəyə verib. Bu messencerlərə misal olaraq ICQ, WeChat, Skype, Facebook Messenger və Allo-nu gətirmək olar. Lakin Whatsapp-da sözügedən funksiya nədənsə indiyənə kimi reallaşdırılmayıb.

Son.az "technot"a istinadən bildirir ki, WABetainfo-nun məlumatlarına əsasən məşhur messencerin 2.18.218 nömrəli beta versiyasında stikerlər funksiyasının izləri aşkar edilib.

Qeyd etmək lazımdır ki, Whatsapp üçün sözügedən funksiyanın olacağı barədə ilk məlumat hələ bu ilin may ayında keçirilmiş Facebook F8 konfransında verilmişdi.