"Xəstəliyimlə əlaqədar istədim" Keçmiş məhkum saxlanıldı VİDEO FOTO


Digərləri 17 İyl 2018 16:35:00 270 0

"Xəstəliyimlə əlaqədar istədim"  Keçmiş məhkum saxlanıldı  VİDEO  FOTO

Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, rayonunun Karrar kənd sakini Rauf İbrahimovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi və kultivasiya etməsi barədə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Nəticədə adı çəkilən şəxsin Kürdəmir rayonunun Karrar kəndindəki yaşadığı evinin həyətyanı bağ sahəsində əkdiyi 9 ədəd, narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb. Rauf İbrahimov əvvələr də oğurluq maddəsi ilə həbs edilərək məhkumluq həyatı yaşayıb. 


Xəbərə aid fotolar