Xəzərin sahilində selfi çəkdirmək istəyən 19 yaşlı oğlan suya düşərək boğulub


Sosial 17 İyl 2018 16:16:23 315 0

Xəzərin sahilində selfi çəkdirmək istəyən 19 yaşlı oğlan suya düşərək boğulub

Faktla bağlı araşdırma aparılır

Astara rayonunda19 yaşlı oğlan dənizdə boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin "Park bulvar" ərazisində qeydə alınıb.

Belə ki, rayonun Səlivə kənd sakini, 19 yaşlıTərlan Mirəli oğluŞükürov dənizdəboğulub. Hadisə zamanı qaynı onunla birgəolub.

Meyit sudan çıxarılarkən yarıçılpaqvəziyyətdə olub. Məlumata görə,T.Şükürov suya çimmək üçün yox, daşların üstündə durub selfi etməkdən ötrü çıxıb. Dəniz ləpəli olduğundan müvazinətini itirərək suya yıxılıb və başından xəsarət alıb.

Meyit sudan çıxarılaraq Lənkərandakı "morq"a təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.