Xorvatiyalı futbolçudan yerlilərinə jest


İdman 17 İyl 2018 16:21:00 280 0

Xorvatiyalı futbolçudan yerlilərinə jest

2018-ci il dünya çempionatında ikinci yeri tutan Xorvatiya millisinin futbolçusu Ante Rebiç doğma kəndi olan İmotski sakinlərinin kredit borclarını bağlayıb. Goal.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun sabiq komanda yoldaşı Lovro Sindik bildirib. Sindik bunun mundialdan öncə baş verdiyini söyləyib:

“Rebiç Split yaxınlığındakı kiçik kənddə böyüyüb. 19 yaşında Fiorentina-ya getməsinə baxmayaraq, heç vaxt soykökünü unutmayıb. O, bir dəfə kəndin bütün 500 sakininin kredit borcunu bağlayıb”.

Qeyd edək ki, Ante Rebiç karyerası ərzində vətənində Split, İtaliyada Fiorentina ilə Verona, Almaniyada isə Leipzig klublarında çıxış edib. O, hazırda Eintracht-ın formasını geyinir və mundialdakı çıxışı ilə bir sıra aparıcı klubların diqqət mərkəzinə düşüb.