Qarabağ-ın sabiq qolkiperi Polşa klubunda


İdman 17 İyl 2018 16:02:00 283 0

Qarabağ-ın sabiq qolkiperi Polşa klubunda

Qarabağ-la yolları ayrılan Anton Kanibolotskinin yeni klubu məlum olub. Goal.az xəbər verir ki, ukraynalı qolkiper karyerasını Polşada davam etdirəcək.

O, bu ölkənin yüksək liqasında çıxış edən Medz klubuna transfer olunub. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Kanibolotski 2017-ci ilin yayında Shakhtar Donetsk-dən Qarabağ-a keçmişdi.