Bu dənizkənarı istirahət mərkəzləri "qara siyahı"ya düşdü


Digərləri 17 İyl 2018 15:52:00 323 0

Bu dənizkənarı istirahət mərkəzləri "qara siyahı"ya düşdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib.

"Bulaq", "Üç qardaş", "Green ville", "Panorama", "Əlincə", "Raduqa", "Çıraq qala" və "Venesiya" istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, "Təbib", "Sunset", "Elay", "Jalə" istirahət mərkəzlərində və "Panorama" restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.