Bakını dəhşətə gətirən qətlin təfərrüatı VİDEO
Digərləri 17 İyl 2018 15:36:00 275 0
Bakıda mühafizəçinin bağ evində törətdiyi hadisənin təfərrüatı məlum olub.
Son.az-ın oxu.az-a istinadən məlumatına görə, mühafizəçi ər və arvada işdən çıxarıldığına görə hücum edib.
Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində yaşayan Əməkdar həkim Arzu Şuşalı və onun həyat yoldaşı Dilarə Əhmədova bağlarında işləyən mühafizəçiyə işdən çıxarıldığını bildiriblər.
Bu zaman mühafizəçi İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalıya və həyat yoldaşına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Mühafizəçi törətdiyi hadisənin izini itirmək üçün əri avtomobilə mindirib, qadının meyitini də maşına qoyub.
Mənbə: milli.az