4 ay öncə dünyasını dəyişən Tahir Əkbərin "miras"ı


Kriminal 17 İyl 2018 15:40:00 332 0

4 ay öncə dünyasını dəyişən Tahir Əkbərin "miras"ı

Bu ilin mart ayında dünyasını dəyişən məşhur Azərbaycan bəstəkarı Tahir Əkbərin ən çox sevilən bəstələrindən olan "Əzizim" mahnısı türkiyəli sənətçi tərəfindən oğurlanıb.

Son.az xəbər verir ki, bəstəkarın sözügedən bəstəsini qardaş ölkənin dövlət sənətçisi Halil Karaduman Türkiyədə öz adına sənədləşdirib.

Bu barədə "Hər şey daxil"ə zəng edən mərhum bəstəkarın xanımı Aybəniz xanım qarşılaşdıqları bu olayla bağlı bütün detalları açıqlayıb.

Qeyd edək ki, Tahir Əkbər bu mahnını 1989-cu ildə bəstələyib, ilk ifaçısı da Nisə Qasımova olub. "Əzizim" adlı bəstə Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fond"unda saxlanılır.