"PAŞA Bank" kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırır (MÜSAHİBƏ)


Digərləri 17 İyl 2018 15:31:00 256 0

"PAŞA Bank" kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırır (MÜSAHİBƏ)

"PAŞA Bank" kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırır

Bakı. PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun Trend-ə müsahibəsi -"PAŞA Bank"ın təqdim etdiyi faktorinq məhsulu nə üçün nəzərdə tutulub və bu məhsul ilə bağlı hansı planlar var? - PAŞA Bank 2016-cı ildən etibarən faktorinq məhsulunu təqdim edir. Lakin, öncə bu məhsul korporativ bizneslər üçün maliyyələşmə və ya debitor borclarının ödənilməsini nəzərdə tutan klassik faktorinq məhsulu idi. 2018-2020-ci illərə dair yeni inkişaf strategiyamızda isə kiçik və orta sahibkarlıq üzrə fəaliyyətimizin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Biz faktorinq alətini, digər məhsulları və onların bir neçə modifikasiyanı özündə əks etdirən təchizat zəncirinin maliyyələşdirilməsi (Supply Chain Finance) məhsulunu aktiv inkişaf etdirmək niyyətindəyik. Bu faktorinq alətinə təkcə maliyyələşmə cəlb edən müştəri deyil, həmçinin tədarükçüdən məhsul əldə edən alıcı arasında qarşılıqlı əlaqənin təmin edilməsi daxildir. Faktorinq xidmətindən istifadə sayəsində Təchizatçı satdığı məhsul və göstərdiyi xidmətlər üçün hesab faktura üzrə ödənişi Bankdan tez bir zamanda alır, Alıcı isə məhsul və xidmətin haqqını razılaşdırılmış vaxtda Banka ödəyir. Beləliklə, həm Təchizatçı, həm də Alıcı dövriyyə kapitalını lazımi səviyyədə saxlayır və gündəlik biznesini maliyyə çətinliyi çəkmədən davam etdirir. Burada tədarükçü, alıcı və bank təchizat zəncirinin maliyyələşdirilməsindən istifadə ilə üçtərəfli fayda əldə edir. Bu yeni xidmətlər toplusu bütün dünyada kifayət qədər məşhur olan və son zamanlar geniş istifadə edilən bir konsepsiyadır. Meyllər göstərir ki, yaxın 3-5 ildə bu konsepsiya aktiv olaraq inkişaf edəcək. - Təchizat zəncirinin maliyyələşdirilməsinin əsas mahiyyəti nədən ibarətdir? - Bu xidmətlər toplusunun əsas mahiyyəti ondan ibarətdir ki, əməliyyat kapitalının idarə edilməsini təmin edir. Əməliyyat kapitalının idarə edilməsi alıcı və təchizatçı tərəfindən pul axınlarının effektiv idarə edilməsi deməkdir. Bu məhsul nağd pulun konvertasiya itkisini azaldır. Bu, şirkətin sırf əməliyyat prosesidir. Başqa sözlə, tədarükçü və iri korporativ müştəri maliyyələşdirmə üçün müraciət edir. Onun debitor borcları var, yəni satışdan alınan pullar 30-60 gün ərzində çatmalıdır. Bizə hesab-fakturanın təqdim olunması və ya müqavilə əsasında müştərimiz maliyyələşir, bununla da öz debitor borclarını azaldaraq əməliyyat kapitalının idarə edilməsi vasitəsi ilə kapitalını daha tez istifadə edir. Alıcı isə kreditor borclarını ödəmək imkanı əldə edir. Başqa sözlə, o, məhsula görə daha tez ödənişin edilməsi üçün məhdud imkanlarla üzləşmir, tərəflər bu məsələni PAŞA Bank vasitəsi ilə qısa zamanda həll edirlər. Düzdür, müvafiq olaraq biz uzunmüddətli kredit şərtləri təklif edə bilərik. Lakin burada müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi prosesi iki həftədən bir aya kimi çəkə bilər. Müştəridən çoxlu sənəd, informasiya tələb olunur. Lakin təchizat zəncirinin maliyyləşdirilməsi məhsulu vasitəsilə biz müştərilərimizə daha tez qərar qəbul etmək üçün rahat proses təklif edirik.