Nişanlısını ötürən polis zabiti 2 qulduru güllələdi VİDEO FOTO


Digərləri 17 İyl 2018 15:13:00 272 0

Nişanlısını ötürən polis zabiti 2 qulduru güllələdi  VİDEO  FOTO

Gecə saatlarında nişanlısını evinə yola salan braziliyalı polis zabiti hücuma məruz qalıb. İki gənc quldur polis zabitinə və onun nişanlısına hücum edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, quldurlar polis zabitinin "Kawasaki Ninja" modelli bahalı motosikletini əlindən almaq, qızın da çantasını götürüb aradan çıxmaq istəyirdilər.

Olay Braziliyanın Santa-Kasa-de-Miseriordiya şəhərində yaşanıb.

22 yaşlı Lukas Matos de Oliveyra əlindəki tapançanı polis zabitinə tuşlayaraq onu yerə uzanmağa vadar edib. Daha sonra o, 18 yaşlı Pablo Pereyra Qomesi çağırıb.

Qomes qızın çantasını əlindən alıb.


Xəbərə aid fotolar