İçkili halda saxlanılan sürücü cərimə olunmamaq üçün


Dünya 17 İyl 2018 15:17:00 281 0

İçkili halda saxlanılan sürücü cərimə olunmamaq üçün

Türkiyənin Bursa şəhərində içkili TIR sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini təhlükəli idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb.

Son.az haberler-ə istinadən xəbər verir ki, iddiaya görə, gecə saatlarında İstanbuldan Bursaya yük gətirən H.Y. (39) adlı içkili sürücü TIR-ı kənara çəkərək saxlayıb. Cəza alacağını düşünən sürücü üzərindəki tapança ilə başından atəş açaraq, ağır yaralanıb.

Silah səsini eşidən polis əməkdaşları TIR-ın içinə daxil olduqda, qan içərisində yatan H.Y-ni görüblər.

Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan H.Y. əməliyyat olunub. Sürücünün vəziyyətinin təhlükəli olaraq qaldığı deyilir.


Xəbərə aid fotolar