Bakıda 1823 məzuna fərqlənmə attestatı verildi


Digərləri 17 İyl 2018 15:09:42 242 0

Bakıda 1823 məzuna fərqlənmə attestatı verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1062 nəfər fərqlənmə attestatı ilə bitirib.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1062 nəfər fərqlənmə attestatı ilə bitirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, artıq ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunmağa başlayıb.