Fazil Əliyevin kriminal ünsürlərin məskəninə çevrilmiş kafesi sökülür


Kriminal 17 İyl 2018 15:00:00 315 0

Fazil Əliyevin kriminal ünsürlərin məskəninə çevrilmiş kafesi sökülür

Rusiyanın Yekaterinburq şəhərinin meriyası azərbaycanlı biznesmen Fazil Əliyevin illərdir kriminal ünsürlərin məskəninə çevrilmiş kafesini sökür.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, şəhərdəki tramvay xəttinin son dayanacağında yerləşən və qanunsuz tikilən "Yeddi açar" kafesinin sökülməsi meriyanın öz hesabına həyata keçiriləcək. Söküntü işləri üçün podratçı "Naysprom" MMC şirkəti seçilib. Şirkət sökütnü işləri üçün meriyadan 475 min rubl alacaq. İşlər 45 gün ərzində yekunlaşmalıdır.

Yekaterinburq meriyası Fazil İlyas oğlu Əliyevin Anqarsk küçəsi, 18 və 20/1 ünvanlarında yerləşən kafesinin, habelə avtoservisinin sökülməsi üçün bir neçə ildir mübarizə aparır. Meriya obyektin sökülməsi üçün məhkəmə iddiası qaldırıb, sahibkar məhkəməni uduzub. Amma kafeni öz hesabına sökməkdən imtina edib. İndi meriya söküntü işlərinə pul ayırsa da həmin pulu sonradan Əliyevdən almağa hazırlaşır.