Allahşükür Paşazadə: "Gəncədəki təxribatların törədilməsində qonşu dövlətlərin, xüsusən də Ermənistanın, onların köməkçilərinin əli var"


Sosial 17 İyl 2018 14:23:00 289 0

Allahşükür Paşazadə: "Gəncədəki təxribatların törədilməsində qonşu dövlətlərin, xüsusən də Ermənistanın, onların köməkçilərinin əli var"

"Bu hadisələri terror aktı kimi qiymətləndiririk"

"Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Buhadisələri biz terror aktı kimi qiymətləndiririk".

"Report"un Qərb bürosununxəbərinə görə, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var. Təbii ki, bu terror hadisələrinin təşkilatçıları Azərbaycanın beynəlxalq arenda nüfuzunun yüksəlməsini, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlarını gözü götürməyən qüvvələrdir", - deyə, A.Paşazadə əlavə edib.