Bakıda ürəkağrıdan görüntü: qolu qırılmış qadına küçə təmizlətdirirlər


Digərləri 17 İyl 2018 14:27:00 296 0

Bakıda ürəkağrıdan görüntü: qolu qırılmış qadına küçə təmizlətdirirlər

Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində, Nizami küçəsində "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir qolu qırılmış və ayaqüstündə güclə dayanan süpürgəçi qadın işə çıxarılıb.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Facebook"da Pərviz Bağırov adlı istifadəçi yazıb. O, qadının başını aşağı əyib çətinliklə küçəni süpürdüyünü qeyd edərək, onu bu vəziyyətdə işə çıxaran qurumu qınayıb:

"Bu səhər "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir süpürgəçi qadın gördüm. Bir əli qırılmışdı və başını aşağı əyərək çətinliklə küçəni təmizləyirdi. Belə anladım ki, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ürəyim ağrıdı. Ona pul təklif etdim, lakin qəbul etmədi. Nə edə bilərik? Onu bu vəziyyətdə kimlər işə çıxarır", - deyə P.Bağırov yazıb.


Xəbərə aid foto