Dünyanın ən çox qazanan ulduzları


Digərləri 17 İyl 2018 14:11:00 217 0

Dünyanın ən çox qazanan ulduzları

Məşhur "Forbes" dərgisi bu dəfə ən çox qazanan ulduzların siyahısını açıqlayıb.

axşam.az-a istinadən xəbər verir ki, ötən il siyahıda birinci yerdə 239 milyon dollar qazanan Corc Kluni olmuşdu. Bu dəfə aktyor öz yerini Floyd Meyvezerə verib. Boksçu bir ilə 285 milyon dollar qazanaraq ən çox gəlir əldə edən məşhur olub.

İlk onluqda Lionel Messi və Kriştianu Ronaldunun da adı yer alıb. İlk onluqda yer alan məşhurların siyahısını təqdim edirik:

1. Floyd Meyvezer - 285 milyon dollar Boksçunun Konor Makqreqorla döyüşü ona 550 milyon dollar qazandırıb. Bu pulun 275 milyonu boksçunun özünə qalıb. Meyvezer artıq ikinci dəfədir ki, milyonçular siyahısında birincidir. O, 2015-ci ildə də qazancı ilə ilk sırada olmuşdu. 

2. Corc Kluni - 239 milyon Klunu sahibi olduğu "Diageo"nu satdıqdan sonra yaxşı gəlir əldə edə bilib. Onun satışı 1 milyard dollara başa gəlib. Corc daha sonra "Casamigos" yaradıb.  3. Kayli Cenner - 166,5 milyon

4. Cudi Şeyndlin - 147 milyon

5. Dueyn Conson - 124 milyon