Barak Obama qohumlarının yanına getdi,


Dünya 17 İyl 2018 14:14:00 316 0

Barak Obama qohumlarının yanına getdi,

ABŞ-ın sabiq, 44-cü prezidenti Barak Hüseyn Obama Havay adalarında doğulsa da, əslən Keniyadandır. O, vətəninə yollanaraq əmisi qızı ilə görüşüb, nənəsinə baş çəkib.

Son.az ABC-yə istinadən bildirir ki, 56 yaşlı Barak Obama atasının doğulduğu Koqelo kəndində əmisi qızı Auma Obamanın təşəbbüsü ilə yaradılan Gənclər Mərkəzinin (Sauti Kuu Youth Center) təntənəli açılışında iştirak edib.

Daha sonra o, 96 yaşlı nənəsi Saraya baş çəkib və onunla rəqs də edib. Sara Obama ABŞ-ın sabiq prezidentinin babası Hüseyn Onyanqo Obamanın üçüncü arvadıdır.

Barak Obamanın xanımı Mişel ilə qızları Saşa və Maliya Parisdədir.


Xəbərə aid fotolar