Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutub


Digərləri 17 İyl 2018 14:19:37 271 0

Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutub

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.

Son.az APA-ya istinadən xəbər verir ki, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal əraizdən uzaqlaşa biliblər.

Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.