Romanın kriminal “hökmdar”ı həbs olundu


Dünya 17 İyl 2018 13:45:00 236 0

Romanın kriminal “hökmdar”ı həbs olundu

İtaliyada mafiya dəstəsinin üzvləri həbs edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılan 31 nəfər İtaliyada güclü nüfuza sahib "Kazamonika" mafiya qruplaşmasının üzvüdür.

Onlar narkotik qaçaqmalçılığında, sələm işləri ilə məşğul olmaqda ittiham edilirlər. Həbs olunanlar sırasında qruplaşmanın liderlərindən biri, Romanın 4 əsas kriminal "hökmdar"larından hesab edilən Cüzeppe Kazamonika da var. O, 1 il əvvəl həbsxanadan çıxıb.