"Neftçi"dən azarkeşlərinə müraciət: Ehtiyatlı olun!


Digərləri 17 İyl 2018 13:35:00 264 0

"Neftçi"dən azarkeşlərinə müraciət: Ehtiyatlı olun!

"Neftçi" azarkeşlərinə müraciət edib.

Bakı. "Neftçi" azarkeşlərinə müraciət edib. Trend-in məlumatına görə, müraciətdə qeyd olunur: "Neftçi” PFK Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Susa” stadionunda "Uypeşt” klubu ilə qarşılaşacaq. Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi "Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. "Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik".