SOCAR istiqrazlarının sahibləri 8,75 milyon dollar qazanc əldə ediblər


Digərləri 17 İyl 2018 13:27:00 295 0

SOCAR istiqrazlarının sahibləri 8,75 milyon dollar qazanc əldə ediblər

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.

İyulun 17-də SOCAR-ın daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib. SOCAR İstiqrazları sahiblərinin hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb.

"SOCAR Capital"dan verilən Son.az-a məlumata görə, pullar faiz ödənişindən bir həftə əvvəl Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb, bu gündən etibarən isə investorların hesabındadır.

SOCAR istiqrazlarının qiyməti qalxır Bu SOCAR istiqrazları üzrə yeddinci faiz ödənişidir. Bununla da, qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı ümumilikdə indiyədək 8,75 milyon dollar təşkil edib.

Xatırladaq ki, nominal dəyəri 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faizdir. Faizlər hər 3 aydan bir ödənilir.