5 min ildir saxlanılan cəsədin mədəsindən çıxanlar


Dünya 17 İyl 2018 13:14:00 279 0

5 min ildir saxlanılan cəsədin mədəsindən çıxanlar

27 il öncə Alp dağlarındakı buz qatının içərisində mumyalanmış halda tapılan və Ötzi adı verilən kişi cəsədinin mədəsini açan alimlər, son yeməyinin nə olduğunu öyrəniblər. Son.az haberler-ə istinadən xəbər verir ki, 1991-ci ilin 9 sentyabr tarixində iki almaniyalı turist tərəfindən Avstriya-İtaliya sərhədində Alp dağlarının 3210 metr yüksəkliyində aşkar edilən, sərt hava şəraiti ilə bağlı uzun illər cəsədi deformasiyaya məruz qalmayan "buz adam" - Ötzinin üzərindəki analizlər davam edir. Alimlər bu dəfə Ötzinin mədəsini açıblar.

Cəsədi 5 min il boyunca qalan Ötzinin yaxınlığında, bir balta və vücudunda da kəsiklər olduğu təsdiqini tapmışdı. Bu dəlillər səbəbi ilə Ötzinin qədim döyüşçü olduğu iddia edilir.

Bu yaxınlarda Ötzinin mədəsini açan alimlər, onun son yediyi yeməyin yarısından çoxunun keçi yağından ibarət olduğu, müəyyən bir miqdar da taxıl bitkiləri də aşkar edilib.


Xəbərə aid fotolar