Bir gündən sonra barışdılar


Şou-biznes 17 İyl 2018 12:50:00 306 0

Bir gündən sonra barışdılar

Müğənnilər Xatirə İslam və Sevil-Sevinc Səfərova bacıları barışıb.

Son.az axşam.az-a istinadən  məlumatına görə, ifaçılar arasındakı qalmaqala əkizlərin "ATV maqazin onlarla" verilişində dediyi "3 ay efirə çıxmasa unudulacaq" sözləri səbəb olub.

Xatirə bildirib ki, əkizlər onunla əlaqə saxlayaraq sözlərinin montaj olunduğunu deyiblər:

"Mənə olunan çoxsaylı zənglərə görə, sizə kiçik bir açıqlama vermək istəyirəm və bir daha bu məsələyə qayıtmayacam. Sevil və Sevinc mənə mesaj yazaraq məsələnin əslində başqa cür olduğunu bildirdilər. Dedilər ki, haqqımda söylədikləri gözəl fikirlər efirdə getməyib. Bildirdilər ki, maşınlarında mahnılarımı dinləyirlər, bəyəndikləri 5 müğənnidən biriyəm. Mən də onlara inandım. Kinsiz insanam, gəncləri də çox sevirəm. Hər kəsdən xahiş edirəm ki, sənət aləminə yeni gələn gənclərən istifadə etməyək, onlara düşmən yox, dost qazandıraq. Gəlin böyük-kiçik yeri bilək, bir-birimizə hörmət edək və güvənək".