"Bezdik bu turistlərin əlindən" FOTO


Digərləri 17 İyl 2018 12:34:00 270 0

"Bezdik bu turistlərin əlindən"  FOTO

İspaniyanın Mayorka adasının inzibati mərkəzi Palma di Mayorkanın meri Antoni Noqera kütləvi turizmlə mübarizəyə başlayıb.

Son.az European-a istinadən bildirir ki, adadakı otellərdəki nömrələrin sayı 80 mindən 65 minədək azaldılacaq.

Dünyanın bütün başqa ölkələrində turizmi inkişaf etdirmək və daha çox turist cəlb etmək üçün yollar aranarkən, İspaniyanın Kataloniya vilayətində və Balear adalarında tam əks istiqamətdə addımlar atılır.

Bundan başqa, Mayorkadakı çoxmənzilli yaşayış binalarında mənzillərin turistlərə icarəyə verilməsi yasaqlanıb. Sadəcə, sırf turistlər üçün nəzərdə tutulmuş binalar istisnadır. Yasağı pozanları 40 min avro məbləğində cərimə gözləyir.

Mənzilini turistlərə kirayəyə vermək istəyənlər xüsusi lisenziya almalıdır.


Xəbərə aid fotolar