Efirdə əlbəyaxa dava edən aşıqlar barışdı


Şou-biznes 17 İyl 2018 12:38:00 355 0

Efirdə əlbəyaxa dava edən aşıqlar barışdı

ATV telekanalında yayımlanan "10-dan sonra" verilişində əlbəyaxa dava edən aşıqlar Namiq Fərhadoğlu ilə Fəzail Miskinli barışıb.

Son.az axşam.az-a istinadən məlumatına görə, onlar bir araya gələrək aralarındakı anlaşılmazlığa aydınlıq gətiriblər. Aşıqlar çəkilən videonu paylaşaraq barışdıqlarını bildiriblər. Fəzail deyib ki, onları efirdə əsəbiləşdiriblər:

"Etik normaları gözləyən adamam. Namiqlə həmyerliyik, bir-birimizin evində olmuşuq. Bu haqda bir də danışmayacağıq. Bizi kənardan da qızışdırdılar".

Namiq isə "Üç saatdır danışırıq. Hər kəs öz səhvini başa düşdü" sözlərini əlavə edib.