Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsahibə elan edir


Digərləri 17 İyl 2018 12:38:00 249 0

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsahibə elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti metal konstruksiyalı yük anbarının sökülərək Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən yeni liman kompleksində quraşdırılması ilə əlaqədar işlərin və xidmətlərin satın alınması məqsədi ilə açıq müsahibə elan edir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti metal konstruksiyalı yük anbarının sökülərək Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən yeni liman kompleksində quraşdırılması ilə əlaqədar işlərin və xidmətlərin satın alınması məqsədi ilə açıq müsahibə elan edir. Trend-in məlumatına görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (qiymət təklifi istisna olmaqla) 23 iyul 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 25 iyul 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 26 iyul 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcək.